|
İlham Əliyev Berdiməhəmmədovla görüşdü

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gəlib.

Cia.az-ın məlumatına görə, səfər çərçivəsində dövlət başçısının Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

 

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.