|
Rəisi də Türkmənistana getdi

İran Prezidenti İbrahim Rəisi Türkmənistana gedib.

Cia.az“Mehr” agentliyinə istinadən xəbər verir ki, o, Aşqabadda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə görüşünə qatılacaq.

 

“Qonşu ölkələr və bölgə ilə əməkdaşlığa üstünlük veririk. Belə əlaqələrin həm qonşular, həm də bölgə ölkələri üçün əhəmiyyət daşıdığına inanırıq”, - Rəisi Aşqabad səfərindən öncə mətbuata açıqlamasında bildirib.