|
İranda daha 86 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 86 nəfər koronavirusdan (COVID-19) ölüb.

Cia.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 129 462 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 4 384 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 102 056 nəfərə çatıb.