Biləsuvarda 46 yaşlı kişini maşın vurub.
Cia.az-in cənub bürosunun verdiyi məlumata görə, ötən gün axşam saatlarında Rusiyadan evinə qayıdan rayonun Nəsimikənd sakini, 1975-ci il təvəllüdlü Rafət Abidin oğlu Bağışovu Xırmandalı kəndində avtomobil vurub. Ağır xəsarətlə onu xəstəxanaya çatdırmaq mümkün olsa da, R.Bağışov dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
