|
Qazaxda qadın dəm qazından zəhərlənib

 

 

Qazax rayon sakini yaşadığı evdə dəm qazından zəhərlənib.

APA-nın məlumatına görə hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

 

Belə ki, 1987-ci il təvəllüdlü Ü.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib.

Ü.Əhmədovanın vəziyyətinin normal olduğu bildirilir.