|
Türkiyə də Rusiyaya başsağlığı verdi

Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyaya bu ölkənin Kemerovo vilayətində kömür mədənində baş verən faciə ilə bağlı başsağlığı verib.

Cia.az xəbər verir ki, Türkiyə XİN-in yaydığı başsağlığı mətnində deyilir:

 

“Mədəndə baş verən qəza nəticəsində 52 nəfərin həyatını itirməsini, bir neçə insanın yaralanmasını üzüntü ilə qarşılayırıq. Rusiya xalqının kədərini paylaşır, həyatını itirənlərin ailələrinə, Rusiya hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik”.