|
“Rosneft” rəhbəri 390 min maaş alacaq

Rusiyanın “Rosneft” şirkətinin Direktorlar Şurasının qəbul etdiyi qərara əsasən, İqor Seçinin bu aparıcı quruma rəhbərlik müddəti daha beş il artırılıb.
Direktorlar Şurası onun dövlət şirkətinin prezidenti kimi nə qədər maaş alacağına da aydınlıq gətirib. 
Belə ki, İ.Seçin ayda 15-20 milyon rubl, yəni 290-390 min dollar maaş alacaq. Onun illik məvacibi 240 milyon rubl (5 milyon dollar) olacaq. Bu rəqəmə illik mükafat da əlavə ediləcək və beləliklə, onun qazancı 12 milyon dollara çatacaq.
Rusiya mətbuatı yazır ki, əvvəllər belə məlumatlar gizli saxlanılırdı. Hətta bu barədə xəbər verdiyinə görə “Forbes” jurnalına qarşı məhkəmə iddiası qaldırılıb.

Cia.az