|
Beynəlxalq Qızıl Xaç Komitəsinə ilk dəfə qadın rəhbərlik edəcək

Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ilk dəfə qadın rəhbərlik edəcək.

Cia.az-ın  RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, isveçrəli diplomat Mirjana Spolyariç Egger gələn ilin oktyabr ayından etibarən öz vəzifəsinin icrasına başlayacaq.

V

“Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbər orqanı olan Assambleya bu gün Mirjana Spolyariç Eggeri BQXK-nın prezidenti vəzifəsinə seçib. O, 2022-ci ilin sentyabrında istefa vermək qərarı verən hazırkı prezident Peter Maureri əvəz edəcək”, - BQXK-nın bəyanatında bildirilir.

M. S. Egger daha əvvəl İsveçrənin Federal Xarici İşlər Departamentində işləyib, hazırda BMT Baş katibinin köməkçisi vəzifəsində çalışır, BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional bürosuna rəhbərlik edir.