|
Salyanda motosiklet aşıb, 5 yaşlı qız ölüb

Salyanda motosiklet aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, noyabrın 24-də saat 17 radələrində Salyan rayonunun Cəngən kəndi ərazisində kənd sakini T.Salmanov idarə etdiyi “Muravey” markalı motosikleti aşırıb və nəticədə sərnişini olan 5 yaşlı qızı hadisə yerində ölüb.
Salyan RPŞ tərəfindən araşdırma aparır.