|
Paşinyanın yeni müavini

Ambarçum Matevosyan Ermənistanın Baş nazirinin müavini təyin olunub.

Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Matevosyan daha əvvəl Armavir vilayətinin qubernatoru vəzifəsini icra edib.

 

O, noyabrın 24-ü bu vəzifədən istefaya göndərilib.

Qeyd edək ki, Baş nazirin keçmiş müavini Suren Papikyan ölkənin müdafiə naziri təyin olunduqda bu vəzifə boş qalmışdı.