|
Xırdalanda ağac kəsilməsinin qarşısı alındı

Abşeron rayonunda ağaclar kütləvi şəkildə kəsilir.
Kütləvi ağac kəsilməsi Zərifə Əliyeva küçəsi 1 saylı binanın qarşısında qeydə alınıb. Həmin ərazidə təxminən 30-dan çox ağac qırılıb.
Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, həmin ərazidəki qanunsuz ağac qırılmasının qarşısı alınıb. Hadisə barədə Abşeron rayon polis şöbəsinə məlumat verilib. Ağacları kəsən şəxslər tapılaraq cəzalandırılacaq. 

Cia.az