Noyabrın 19-u Gəncə şəhərində baş verən partlayış nəticəsində xəsarət alan 1977-ci il təvəllüdlü Sahibə Verdiyeva vəfat edib.
Cia.az xəbər verir ki, o müalicə aldığı Bakı şəhər 5 saylı xəstəxanada ölüb.
Qeyd edək ki, hadisə Gəncə şəhərinin Əlişir Nəvai küçəsində baş vermişdi. Partlayış nəticəsində evin müəyyən hissəsi uçub. Evdə Sahibə Verdiyeva və oğlu Əli Verdiyev olub.
