|
İsveçdə qadın baş nazir seçildi

İsveç parlamentində keçirilmiş səsvermə nəticəsində Sosial-Demokrat İşçi Partiyasının rəhbəri Maqdalena Andersson ölkənin yeni baş naziri təyin olunub.

Cia.az  məlumatına görə, o, İsveçin ilk qadın baş naziri olacaq.

 

M.Andersson 2014-cü ildən İsveçin maliyyə naziri olub.

 

Qeyd edək ki, sabiq baş nazir Stefan Löven noyabrın əvvəlində istefa vermişdi. Hazırda o, keçid hökumətinə rəhbərlik edir.