Gürcüstanda koronavirus əleyhinə peyvənd vurduran ölkə vətəndaşlarından quru yolla vətənə gələrkən PCR testi tələb olunmayacaq.
Cia.az-in yerli bürosu xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.
Qərar bu ilin dekabrın 1-dən etibarən qüvvəyə minəcək.
