|
Dünən faciəli şəkildə ölən gəncin

 

Dünən Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Cia.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Qazaxın Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Rayonun Qaymaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Lalə Süleymanovanı TIR vurub. 

 

O, hadisə yerində ölüb. 

Faciəli şəkildə ölən gəncin fotosu sosial şəbəkələrdə paylaşılıb.

O, Qazax Dövlət Sosial-İqtisad Kollecinin II kurs tələbəsi olub.