|
Bu universitetdə 100-dən çox tələbə koronavirusa YOLUXUB

"Sentyabrın 29-dan ənənəvi tədris bərpa olunandan bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub. Lakin aralarında ağırlaşma və ölüm halları qeydə alınmayıb".

 

Bunu Cia.az-ın  sorğusuna cavab olaraq ali məktəbin mətbuat katibi Cavid Hüseynov deyib.

 

Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib:

 

"Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2 gündə daha 6 qrup ənənəvi tədrisə geri qayıdıb".