|
“Xocalı və Xankəndi məsələsi də büdcədə əksini tapsın”

Deputat Fazil Mustafa Xocalı və Xankəndiyə vəsaitin ayrılması məsələsinin də büdcədə əksini tapmalı olduğunu təklif edib.

Cia.az-ın məlumatına görə, deputat çıxışında qeyd edib ki, bunun xalqımız üçün həm siyasi, həm də ümidverici əsasları var: "Yolda lövhələr qurulurdu ki, Xocalıya, Xankəndində filan qədər məsafə qalıb. Buna görə də hər iki şəhərlə bağlı məsələ büdcədə əks edilməlidir".