|
Renat Sultanov qardaşı Ceyhun Sultanov haqda feysbukda paylaşım edib

Çimərlik futbolu üzrə milli komandamızın üzvü Renat Sultanov qardaşı Ceyhun Sultanov haqda feysbukda paylaşım edib.

Cia.az xəbər verir ki, o, “Neftçi”nin Azərbaycan Premyer Liqasındakı son oyunlarda uğursuz çıxışına toxunaraq C.Sultanovun paytaxt klubunda olduğu dönəmi xatırlayıb:

 

“Bir vaxtlar qardaşımı işinə görə tənqid edirdilər. Həmin adamlar indi mənə deyir ki, onun kimi “Neftçi”də düzgün işləyən adam olmayıb. Ancaq sonrakı peşmançılıq fayda vermir. Gördüyünüz işə qiymət vermək lazımdır, kənar söhbətlərə yox. Məsləhətim budur.

Futbolda hər şey nail olmuş, futbol adamı olan, karyera qurub düzgün işləyən insanı bəyənməyib, tənqid edənlər indi peşmançılıq çəkir. Çünki qardaşım olmasına baxmayaraq, həm efirdə, həm reallıqda düzünü deyən əqidəli insan olub. Bəzilərinə çox təəssüf edirəm ki, qınayıb, sonradan səhvlərini başa düşür”.