Bəhreyn təhlükəsizlik qüvvələri krallıqda terror aktı hazırlamaqda şübhəli bilinən bir qrup şəxsi həbs edib.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bəhreynin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, saxlanılanlardan odlu silah və partlayıcı maddələr götürülüb.
Daxili İşlər Nazirliyi saxlanılanların sayını, eləcə də potensial hücumların təfərrüatlarını açıqlamır. Eyni zamanda qeyd edilir ki, bu şəxslər İrandan, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vasitəsilə silahla təmin olunublar.
“Milli təhlükəsizliyin qorunması və Milli Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq çərçivəsində qabaqlayıcı təhlükəsizlik əməliyyatı həyata keçirilib. Təhlükəsizliyə və mülki sülhə qarşı terror əməliyyatları hazırlayan terrorçular həbs edilib”, - deyə məlumatda bildirilir.
