|
Özünü ağacdan asıb intihar etdi

Qaxda 64 yaşlı kişi özünü asaraq intihar edib.

Cia.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Lələli kəndində baş verib.

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Həmzəyev Zal Aslan oğlu özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib. Zal Həmzəyevin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

 

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.