|
Bakıda atanın davasından uşaqları zərər çəkdi: 5 və 6 yaşlı övladları yandı

 

Bakıda iki azyaşlı qardaş yanıq xəsarətləri alıb.

Cia.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini T.Əbdurrəhmanov yaşadığı evdə keçmiş bacanağı ilə münaqişə edib.

 

Hadisə zamanı qaynar çaydanın dağılması nəticəsində T.Əbdürrəhmanovun 5 və 6 yaşlı uşaqları yanıq xəsarətləri alıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.