Bu gün Türkiyə Superliqasında İstanbul derbisi oynanılıb.
Cia.az xəbər verir ki, "Qalatasaray" 13-cü turda doğma meydanda əzəli rəqibi "Fənərbağça"nı qəbul edib.
Görüşdə hesabı 16-cı dəqiqədə "Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu açıb. "Fənərbağça"nın kapitanı Məsut Özil 31-ci dəqiqədə hesabı bərabərləşdirib. Lakin "Fənərbağça" Miqel Kresponun 90+4-cü dəqiqədəki qolu ilə 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qalatasaray" hazırda turnir cədvəlində 21 xalla 8-ci, "Fənərbağça" isə 23 xalla 5-cidir.
"Qalatasaray" - "Fənərbağça" - 1:2
Qollar: Akturkoğlu, 16 (1:0), Özil, 31 (1:1), Krespo, 90+4 (1:2)
Qırmızı vərəqə: Tisserand, 83 ("Fənərbağça")
