ABŞ-da ana 10 yaşlı nadinc oğlunu tərbiyə etmək məqsədi ilə polislərə onu həbs etməyi xahiş edib.
Qadın bölməyə zəng vurub və uşağının həbsi haqqında polis zabitləri ilə razılaşıb. Qanun keşikçiləri oğlana qandal vurub və patrul avtomobili ilə onu aparıblar.
33 yaşlı ana bununla o öz uşağına göstərmək istəyib ki, istənilən pis hərəkətin cəzası var.
Ananın sözlərinə görə, həbsdən sonra oğlanın davranışında ciddi şəkildə dəyişikliklər baş verib.
"Mən müəllimlərlə əlaqə saxlayıram, mənə hər şeyi danışırlar. Oğlum yaxşılığa doğru xeyli dəyişib" – deyə ana Çekita Xill bildirib. Ana vurğulayıb ki, həqiqətən həbsxanaya düşməsin deyə o, öz oğulunu düzgün tərbiyə etmək istəyir.


Cia.az
