|
Ərdoğan və Baydenin köməkçiləri Qarabağı müzakirə ediblər

ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın arasında telefon danışığı olub.

Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında regional məsələlər və Şərqi Aralıq dənizi problemi ətraflı müzakirə edilib.

Həmçinin, görüş zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sahəsində əməkdaşlığın inkişafı, qlobal və regional məsələlər müzakirə edilib.

 

Telefon söhbəti zamanı Əfqanıstandakı siyasi vəziyyət və humanitar yardım, Suriyanın ərazi bütövlüyü və terrorizmdən çıxarılması, Liviyadakı siyasi proseslər və seçkilər, Dağlıq Qarabağda sülhün və sabitliyin daimi olması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. Ukraynanın şərqindəki Belarus-Polşa sərhədində və Şərqi Aralıq dənizindəki gərginliyin həlli ətraflı müzakirə edilib.

Bundan əlavə, görüşdə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında Romada keçirilən G20 Sammitində razılaşdırılan ortaq strateji mexanizmin detalları müzakirə olunub.