|
Əlilliyi olan şəxslərin müavinətlərində artım gözlənilir

 

 

“2022-ci ildə təqaüdlərin, sosial müavinətlərin, orta aylıq əməkhaqqının artımı gözlənilir”.

Cia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.

 

O bildirib ki, əlilliyi olan şəxslərə ödənilən sosial müavinətlərdə də nəzərəçarpacaq dərəcədə artım gözlənilir.