Polşa-Belarus sərhədində toplaşan miqrantlarla bağlı insidentlər səngimir.
Cia.az-ın xəbərinə görə, Polşanın milli müdafiə naziri Mariuş Blaşak bildirib ki, gecə miqrantlar ölkə sərhədini qanunsuz keçməyə dair bir neçə cəhd ediblər.
Qeyd edək ki, Polşa sərhədçiləri il ərzində Polşa-Belarus sərhədini qanunsuz keçməyə dair 35 mindən çox cəhdin qarşısını alıb. İki ölkə arasında sərhəddəki vəziyyət noyabrın 8-i kəskin pisləşib. Belə ki, sərhədə minlərlə miqrant axışıb. Sözügedən miqrantlar mütəmadi olaraq qrup şəklində maneələri aşaraq Polşa ərazisinə keçməyə çalışırlar. Bu cəhdlərin əksəriyyətinin qarşısı alınır.
