|
PKK-çı liderə sui-qəsd

Tünkiyədə PKK-nın siyasi qanadlarından biri olan HDP-nin liderlərindən biri Əhməd Karataşa bıçaqla hücum edən adam tutulub.

ANS PRESS-in məlumatına görə, bu barədə baş nazir Əhməd Davudoğluya daxili işlər naziri məlumat verib.

HDP-nin Ankara vilayət binasına girən adam rəhbərlikdə yer alan Əhməd Karataşı bıçaqlayıb. Bədəninin müxtəlif yerlərindən yaralanan Karataş reanimasiyaya yerləşdirilib. Onun həyatının təhlükədə olduğu bildirilir.

Hadisə bu səhər baş verib.