|
Ronaldonun seksual məşqçisi

Madrid “Real”ının və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun daim formada olmasının sirri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bunda ulduz oyunçunun fiziki hazırlıq üzrə məşqçinin əməyi danılmazdı.

Daim yüksək səviyyədə hazırlıqlı olan portuqaliyalı məşhur həmsoyadı - braziliyalı Ronaldonun müəlliməsinin xidmətindən yararlanır. “Yekədiş”in bu məqsədlə əməyindən istifadə etdiyi Mişel Levin indi də portuqaliyalı üçün çalışır.

Fitnes məşqçisi kimi də tanınan məşhur model ulduzları fiziki cəhətdən yüksək səviyyədə saxlamağı bacarır. Onun yetirmələri arasında təkcə Ronaldolar deyil, digər tanınan simalar da var. Amma Venesueladan olan mütəxəssis təkcə işi ilə deyil, gözəlliyi ilə də daim diqqət mərkəzində olur. Bunun nəticəsidi ki, onun şəkilləri məşhur nəşrləri bəzəyir.