|
Parlament sədrləri Madriddə toplaşacaq

Qoşulmama Hərəkatına üzv dövlətlərin parlament sədrləri İspaniyanın paytaxtı Madriddə toplaşacaq.
Cia.az-ın xəbərinə görə Qoşulmama Hərəkatının 60-dan çox üzvünün parlament sədrləri noyabrın 28-də bir araya gələcək.

Toplantıda məqsəd Qoşulmama Hərəkatı Parlament şəbəkəsinin təsis edilməsidir.

Milli Məclisin Sədri Sahibə Qafarova da toplantida iştirak edəcək.

Məlumat üçün bildirək ki, səfər 27-29 noyabr tarixlərini əhatə edəcək.