|
AFFA rəsmisi “Real”ın oyununa təyinat aldı

 

 

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb.

 

Cia.az xəbər verir ki, avstriyalı mütəxəssis UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Şerif” (Moldova) – “Real” (İspaniya) oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, bu matç noyabrın 25-də Tiraspol şəhərindəki “Şerif” stadionunda keçiriləcək.