|
Daha bir məktəb koronavirusa görə BAĞLANDI

Bakıda 282 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Cia.az-a verilən məlumata görə, məktəbin bir neçə müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

 

Qeyd olunub ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz edilib.