"İstər dərs yükü, istərsə məzmunun mahiyyəti özündə elmi tədqiqatları ehtiva edən məsələdir".
Cia.az xəbər verir ki, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, ümumi təhsilin əsas məqsədi hər bir vətəndaşın önəmli bildiyi dəyərlərin aşılanmasına xidmət etməlidir: "Bunlara vətən, torpaq anlayışlarının aşılanmasını nümunə deyə bilərik. Fərdi dəyərlərə isə sevgi, dostluq və s. deyə bilərik.
Ayrı-ayrı fənlərin tədrisi müəyyən mənada köhnəlmiş sistemdir. Layihə əsasında öyrənməyə keçməliyik. Müxtəlif layihələr çərçivəsində məqsədlərə çatmaq uşaqlara təqdim edə biləcəyimiz əsas məsələdir.
Hazırda 190 mindən çox uşaq rəqəmsal layihələrə qoşulub. Dərs yükünün azaldılması məsələsi gələcəyə hesablanmalıdır".
