|
Xanlar Fətiyev növbəti dəfə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib

Azərbaycan Üzgüçülük Federasiyasında (AÜF) hesabat-seçki konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Seçkidə 2012-ci ildən AÜF-in prezidenti vəzifəsini icra edən Xanlar Fətiyev yenidən qurumun rəhbəri seçilib. O, növbəti 4 ildə də federasiyaya rəhbərlik edəcək.