|
Şəhid leytenantın nəşi Naxçıvana yola salındı

 

 

Cia.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub. Təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.