|
"Azeriqaz"ın rəhbəri jurnalistlərlə görüşəcək

"Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 19 noyabr saat 11:00-da başlayacaq.

"Azəriqaz"dan Cia.az-a verilən məlumata görə, bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Hər bir media qurumu bu tədbirə dəvətlidir.

Məlumata görə, ünvanlanan sualları "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev cavablandıracaq.