Ermənistan Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradovun ötən gecə Bakıdan İrəvana apardığı meyitin kimliyini açıqlayıb.
Cia.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ötən gecə general Muradov Bakıdan İrəvana baş leytenant Taron Saakyanın (1990-cı il təvəllüdlü) meyitini çatdırıb.
Ermənistan Müdafiə Nazirliyi daha əvvəl Rusiya tərəfinin vasitəçiliyi ilə əsir düşən əsgərlərin geri qaytarılması üçün danışıqların aparıldığını bildirmişdi.
“Noyabrın 16-da baş vermiş döyüşlər nəticəsində itkin düşmüş hərbi qulluqçuların tapılması, eləcə də əsirlərin qaytarılması istiqamətində işlər davam etdirilir”, - deyə nazirlikdən bu məsələ ilə bağlı vaxtaşırı açıqlamalar veriləcəyini bildiriblər.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hazırda onların iki ölüsü var, 24 nəfərin taleyi məlum deyil, daha 13 nəfər əsirlikdədir.
Xatırladaq ki, noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Laçın və Kəlbəcər istiqamətindəki dövlət sərhəddində Azərbaycanın mövqelərinə hücum edib.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, döyüş əməliyyatları zamanı Ordumuzun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər yaralanıb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatınada deyilir ki, döyüşlər nəticəsində 2 post Azərbaycan ordusunun nəzarətinə keçib.
Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində saat 16 iyun 18:30-da qatəşkəs elan olunub.
