|
Bakının mərkəzi küçələrinin birində hərəkət məhdudlaşdırılır

Bakı şəhəri, Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün temperatur şovlarının yenilənməsi ilə əlaqədar olaraq noyabr ayının 20-i və 21-də körpü üzərində “Qələbə dairəsi” istiqamətində hərəkət məhdudlaşdırılacaq.

 

Bu barədə Cia.az-a Azərbacyan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. 

 

Məlumatada qeyd olunub ki, alternativ olaraq sürücülər Əbdülvahab Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.