|
Zəngəzurda yük avtomobili aşdı, ölən var

Zəngəzurda “Scania” markalı yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Cia.az Ermənistanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qəza Angehakot kəndi yaxınlığında yol ayrıcında baş verib.

 

Belə ki, 1965-ci il təvəllüdlü sürücü naməlum səbəblərdən yolun hərəkət hissəsindən çıxaraq aşıb. Sürücü hadisə yerindəcə ölüb.