|
Şəhidlər parlamentdə anıldı

Milli Məclisdə ötən gün sərhəddə baş verən hadisələrdə şəhid olan 7 hərbçinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Cia.az xəbər verir ki, spiker Sahibə Qafarova həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verərək səbr diləyib. Yaralananlara isə sağlamlıq arzulayıb.