|
Bakıda universitetdə tüstüləmə:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tüstülənmə olub.

Cia.az-ın məlumatına görə, hadisə ilə bağlı təhlükəsizlik məqsədilə tələbələr təxliyə edilib.

Tüstülənmənin hansı səbəbdən olduğu araşdırılır.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov Oxu.Az-a faktı təsdiq edib.

O bildirib ki, əlavə məlumat veriləcək.