|
Karate üzrə dünya çempionatında ikinci gün: Debütant mübarizəni dayandırdı

 

 

BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında ikinci günə start verilib.

Cia.az-ın xəbərinə görə, artıq bir karateçimiz mübarizəyə başlayıb.

Debütant karateçimiz olan Ayla Rzazadə mübarizəni ilk görüşdə uduzaraq dayandırıb. Bu gün daha dörd karateçimiz mübarizə aparacaq.

 

Karate üzrə dünya çempionatı

Qadınlar

-50 kq Nuranə Əliyeva – Lutsia Kovaçikova (Slovakiya)

-55 kq İlahə Qasımova – Maya Şerer (İsveçrə)

-61 kq Ayla Rzazadə – Fatimə-Zəhra Şajay (Mərakeş) 0:3

Kişilər

-60 kq Əminağa Quliyev – Bander Abdulla (Bəhreyn)

-67 kq Tural Ağalarzadə – Vorakan Soda (Tailand)

Qeyd edək ki, dünənki mübarizədən sonra İrina Zaretskayanın (-68 kq) ikinci dəfə dünya çempionu olmaq imkanı var. Həmçinin Asiman Qurbanlının (+84 kq) ilk dəfə dünya çempionatının bürünc mükafatçısı olmaq şansı mövcuddur.