|
Belarus - Polşa sərhədindəki miqrantlar ərazini tərk etməyə başlayıblar

 

 

Belarus - Polşa sərhədinə toplaşan miqrantalrın sayı tədricən azalır.

Onların bir qismi ərazini tərk etməyə başlayıb.

 

Belə ki, Belarus hökuməti miqrantları Qrodno şəhər logistika mərkəzində yerləşdirməyi qərara alıb.

Artıq mərkəzdə yüzdən çox miqrantın yerləşdirildiyi bildirilib. Onlar qida, su və lazımi əşyalarla təmin olunub.

Mənbə: “Lenta.ru”