|
Şoyqu və Papikyan sərhəddəki vəziyyətdən danışdılar

Ermənistan müdafiə naziri Suren Papikyan və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

Cia.az xəbər verir ki, nazirlər Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı danışıblar.

 

Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, hərbi əməliyyatların dayandırılması, saxlanılanların qaytarılması və vəziyyətin tənzimlənməsi üçün əlindən gələni etməyə hazırdır.