|
“Məktəblərin istilik təminatı nəzarətə götürülüb”

“Bakı şəhərində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin fəaliyyəti üçün müvafiq şərait yaradılıb və hazırda məktəblərdə tədris normal qaydada davam edir”.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən Cia.az sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, hazırda istilik təminatı ilə bağlı problem aşkarlandıqda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür:

“Məktəblərin istiliklə təminatı məsələsi tam nəzarətə götürülüb. Əməkdaşlar tərəfindən monitorinqlər davam edir. Məktəblərin istiliklə təmin olunmasında hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görülür, aidiyyəti qurumlara müraciət olunur”.

 

Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib.