|
“Pfizer” öz yeni preparatını Rusiyada sınaqdan keçirəcək

ABŞ-ın “Pfizer” şirkəti özünün koronavirusa qarşı “Paxlovid” adlı preparatını Rusiyada kliniki sınaqdan keçirəcək.

Cia.az “Kommersant”a istinadən xəbər verir ki, Səhiyyə Sahəsində Nəzarət üzrə Federal Xidməti (Roszdravnadzor) bununla bağlı şirkətə icazə verib.

Kliniki sınaqlar bir neçə şəhərdə keçiriləcək və sınaqlarda 90 nəfər iştirak edəcək. 

 

“Paxlovid” preparatının Rusiyada keçirilən sınaqları 2023-cü ilin mart ayına qədər davam edəcək.

Şirkətin məlumatına görə, ev şəraitində koronavirusa qarşı qəbul üçün nəzərdə tutulan bu dərmanın sınaqları bütün dünya üzrə həyata keçirilir. Ümumi sınaqlarda müxtəlif ölkələrdən 7000 nəfər iştirak edir.