|
Cahangir Əsgərov aviaşirkət alır

Azərbaycan Dövlət Hava Yolları Konserinin (AZAL) törəmə şirkəti Litvada zərərlə işləyən aviaşirkəti almaq üçün danışıqlar aparır.

Virtualaz.org saytı xəbər verir ki, Vilnüs meriyası tərəfindən yaradılan və hazırda zərərlə işləyən “Air Lituanica” aviaşirkətinin 49 faizlik hissəsinin Azərbaycandan olan strateji investorlara satılmasına dair danışıqlar gedir.

Lakin investor şirkəti almaq üçün bir sıra tələblər irəli sürüb. Bu tələblərdən birinə görə, “Air Lituanica” aydın səhmdar strukturuna malik müstəqil şirkət formasını dəyişməlidir.

Məlumata görə, şirkətlə həm AZAL-ın törəmə şirkəti olan “Azal Avia Cargo”, həm sərnişin, həm də yük daşımaları ilə məşğul olan özəl “Silk Way Group” şirkəti maraqlanır.

“Air Lituanica Club”un rəhbəri Kyastutis Binkauskas şirkətin səhmlərinin satışına dair danışıqların getdiyini təsdiqləyib.