|
Bu yollarda sürət həddi endirildi

Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh, Zığ dairəsi - Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən Cia.az-a bildirilib.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə olunur ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar.