|
Oğlundan Xalq artistinin səhhəti ilə bağlı

 

 

Bir müddət öncə Mərkəzi Klinik Xəstəxanadan evə buraxılan Xalq artisti Arif Babayevin səhhəti yaxşılaşır.

Bu barədə Lent.az-a muğam ifaçısının oğlu bildirib.

 

O qeyd edib ki, atasının səhhətində irəliləyişlər var:

“Şükürlər olsun ki, həkimlərin yazdığı müalicələr Arif bəyə xeyir etdi. Vəziyyəti günü-gündən yaxşılaşır. Xəstəxanadan gələndən ev şəraitində müalicə olunur. Səhhətində müsbət irəliləyiş hiss edilir”. 

Qeyd edək ki, A.Babayev ötən il insult keçirib. O, bir müddət öncə Türkiyədə müalicə olunurdu.