|
Nazirlik idmandan uzaqlaşdırılan həndbolçuları qəbul edəcək

 

 

Azərbaycan Həndbol Federasiyası tərəfindən idmandan uzaqlaşdırılmış 14 həndbolçunun şikayətinə bu gün Gənclər və İdman Nazirliyində baxılacaq.

Cia.az-ın əldə etdiyi məlumata görə, bu gün saat 16:00-da nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov həmin həndbolçuları qəbul edib, onların narazılıqlarını dinləyəcək.

Qeyd edək ki, həmin həndbolçular federasiya rəhbərliyinin yığma və klublarda olan şəraitsizliyinə biganə olmasından, maaşların kəsilməsindən narazılıq edib. Federasiya isə öz növbəsində iki gün əvvəl vitse-prezident Orxan Abbasovun rəhbərliyi ilə iclas keçirərək həmin həndbolçuların qovulması haqda səsvermə keçirib və yekdilliklə bu barədə qərar qəbul olunub.