|
Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Cia.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in rəsmi tviter hesabında paylaşılıb.

 

“İranın cənubunda baş verən güclü zəlzələ barədə xəbərlər bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, bütün yaralılara tezliklə sağalmalarını diləyirik”, - deyə paylaşımda qeyd olunub.